SOCAR bu il büdcəyə 1,3 mlrd. manatdan çox vəsait köçürüb

socar bu il budceye 1 3 mlrd manatdan cox vesait kocurub

SOCAR tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136,952 mln. manat vəsait ödənilib.

 

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11,607 mln. manat və ya 9,3% çoxdur.

 

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 mlrd. 302,630 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 152,440 mln. manat və ya 13,3% artım deməkdir.

Bundan əlavə, 2017-ci ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 13,070 mln. manat vəsait köçürülüb. Bu, ötən ilin oktyabr ayına nisbətən 863 min manat və ya 7,1% çoxdur. Cari ilin yanvar-oktyabr aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 125,496 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 6,126 mln. manat və ya 5,1% çoxdur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 21 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sel sulari agsu cayinin yatagini genislendirib yol ve evler tehluke qarsisindadir
    Sel suları Ağsu çayının yatağını genişləndirib, yol və evlər...
  • 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib
    ® “Azercell” “SABAH” Karyera Qış Məktəbi layihəsində ...
174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib 174 azercell sabah karyera qis mektebi layihesinde qubada telimler teskil edib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0949
 
RR
0.03