SOCAR-ın Karbamid Zavodunun tikinti işləri 93,3% yekunlaşıb

socar in karbamid zavodunun tikinti isleri 93 3 yekunlasib

SOCAR-ın Karbamid Zavodunun tikinti işləri 99,3% yekunlaşıb.

 

“APA-Economics”in məlumatına görə, bunu “SOCAR Karbamid” şirkətinin rəhbəri Xəyal Cəfərov bu gün Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti”ndə deyib.

 

Onun sözlərinə görə, zavodda ümumi işlərin 98,1%-i yerinə yetirilib: “Karbamid zavodunun mühəndislik işləri, satınalmalar 100%, quraşdırma işləri isə 88,5% tamamlanıb. Bu ilin sonuna inşaat işləri başa çatacaq, zavod gələn il istifadəyə veriləcək”.

 

X. Cəfərov bildirib ki, sentyabr ayına 14 mln. adam/saat təhlükəsiz iş görülüb, Gələn ilin yanvar ayına bu göstərici 15  mln. adam/saata çatacaq. Tikinti dövründə çalışanların sayı 2200-3600 nəfərdir, istismar dövründə 300-350 nəfərişçi olacaq. Müəssisədə ildə 650-660 min ton karbamid istehsal olunacaq”.

 

Zavod rəhbərinin sözlərinə görə, bunun 150-200 min tonu  daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub: “İxracda Türkiyə əsas marşrut olacaq. Gürcüstan, digər Qara dəniz və Aralıq dənizi ölkələri də ixrac marşrutları ola bilər".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:53 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyevin turkiyeye resmi seferi basa catib
    Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb...
  • agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur
    Ağdaşda 17 kəndi birləşdirən 2 avtomobil yolu yenidən qurulu...
agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur agdasda 17 kendi birlesdiren 2 avtomobil yolu yeniden qurulur +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2018

USD
1.7
 
EUR
2.0771
 
RR
0.0276