SOCAR Ukrayna Müdafiə Nazirliyi üçün təyyarə yanacağı tədarük edəcək

socar ukrayna mudafie nazirliyi ucun teyyare yanacagi tedaruk edecek

SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” bu ölkənin Müdafiə Nazirliyi ilə 2,9 min ton və 6,1 min ton həcmdə reaktiv mühərriklər və ya təyyarə yanacağının tədarük edilməsi ilə bağlı iki müqavilə imzalayıb.

 

APA-Economics” Ukrayna mətbuatına istinadən xəbər verir ki, müqaviləyə əsasən, yanacağın bir tonunun qiyməti 16 637,9 qrivna (630,57 ABŞ dolları) və müvafiq olaraq 17 500 qrivna (663,25 dollar) təşkil edir.

 

Məlumdur ki, Müdafiə Nazirliyi bu yanacağı bu ilin mayın 31-nə kimi almalıdır. SOCAR-ın 6,1 min ton yanacağın alınması ilə bağlı birinci lotunda rəqibi “Voyskservis” MMC olacaq. 2,9 min ton yanacağın alınması ilə bağlı ikinci lotda isə Azərbaycan şirkətinin rəqibi “EFG Treqdinq” MMC olacaqlar.

 

Bununla belə “EFG Treqdinq”  şirkəti həmçinin 4 lotdan ikisinin qalibi olub. Şirkət bir tonuna 16 666 qrivna (631,64 dollar) +təşkil edən 6,1 min ton və 16 527 (626,37 dollar) qrivna olan 3 min təyyarə yanacağının alınması ilə bağlı razılığa gəlib. Artıq ölkənin Müdafiə Nazirliyi “EFG Treqdinq” ilə ümumi məbləği 181,5 mln. qrivna təşkil edən müqavilə imzalayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:07 21 Sentyabr
18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kecirilecek finalin deqiq tarixi melum olub yenilenib
    Bakıda keçiriləcək finalın dəqiq tarixi məlum olub - YENİLƏN...
  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ