“Statoil”: Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi

statoil azerbaycan regionun enerji xeritesini deyisdirdi
“Azərbaycan hər zaman verdiyi sözü tutur”. “APA-Economics” xəbər verir ki, bunu “Statoil”şirkətinin baş vitse-prezidenti Al Kuk ABŞ-Azərbaycan konfransında  çıxışı zamanı bildirib.
 
 
A.Kuk buna misal olaraq bir neçə layihəni göstərib. Onun sözlərinə görə, bu layihələrin fonundan“Əsrin müqaviləsi” xüsusilə seçilir.
 
 
Norveç nəhənginin rəsmisi qeyd edib ki, “Statoil”  Azərbaycanın neft-qaz sektorunun ikinci iri investoru adını qorumaq niyyətindədir: “Şirkətimiz Azərbaycanın enerji sektoruna 5,6 mlrd. dollar yatırıb. Azərbaycanın enerji sektoru nəhəng potensiala malikdir. 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, dünyanın enerji xəritəsinə öz dəsti-xəttini gətirib. İndi deyə bilərik ki, Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi”.
 
 
SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov isə “Cənub Qaz Dəhlizi”layihəsinin reallaşmasına verdiyi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib: “Biz ABŞ-ın qlobal səviyyədə rolunu qəbul edirik və inanırıq ki, rəsmi Vaşinqton“Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini davam etdirəcək. Avropanın enerji təchizatında vacib rol oynayan “Cənub  Qaz Dəhlizi” layihəsinin icrası uğurla davam edir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ