TAP Albaniyaya əlavə 800 mln. avro yatıracaq

tap albaniyaya elave 800 mln avro yatiracaq

TAP konsorsiumu 2017-2018-ci illərdə Albaniyaya ümumilikdə 800 mln. avro məbləğində investisiya yatıracaq.

 

APA-Econmomics”in “Emerging Europe” nəşrinə istinadən verdiyi xəbərə görə, bu, ölkə iqtisadiyyatına yatırılan ən irihəcmli xarici investisiyadır. Ölkə iqtisadiyyatına yatırılacaq birbaşa xarici investisiyaların həcmi 1,5 mlrd. avro təşkil edəcək.

 

Məlumata görə, TAP-ın tikintisi zamanı Albaniya şirkətləri üçün yeni iş yerlərinin yaradılması prosesi davam etdiriləcək. Artıq layihədə birbaşa olaraq 2 800 nəfər işçi çalışır.

 

Konsorsiumun baş icraçı direktoru Ulrike Andres bildirib ki, TAP-ın inşası nəticəsində Albaniyanın geostrateji əhəmiyyəti artacaq: “Artıq bir çox yerli müəssisələr layihədə iştirak edirlər və layihənin növbəti mərhələlərini inkişaf etdirəcəklər. TAP Albaniyanı regional qaz qovşağına çevirməyə kömək edəcək. Albaniya ölkənin qaz nəqli şəbəkəsini inkişaf etdirə biləcək və digər Avropa ölkələri ilə bu üstünlüklərdən istifadə edəcək. Qaz şəbəkəsinin inkişafı elektrik enerjisinin istehsalını xeyli yaxşılaşdıracaq. Albaniya Şərqi Avropa ölkələrinin qazlaşdırılmasında aparıcı rol oynaya biləcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
  • imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya
    İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum...
imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya imislide agir qezada olen ve yaralananlarin sexsiyyeti melum olub yenilenib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285