“Təmiz Şəhər” aktivlərini kəskin artırıb

temiz seher aktivlerini keskin artirib

2016-cı ildə "Təmiz Şəhər" ASC-nin aktivləri 102,188 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 53,53% və ya 35,631 mln. manat çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə dövlət şirkətinin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat “Baker Tilly Azerbaijan” audit şirkəti tərəfindən hazırlanıb.

Aktivlərin 85,087 mln. manatı uzunmüddətli, 17,101 mln. manatı isə qısamüddətlidir. Uzunmüddətli aktivlərin strukturunda əmlak, tikili və avadanlıqların payı 84,671 mln. manatdır.

Cari aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada mal-material ehtiyatlarının payı 1,652 mln. manat, vergi aktivlərinin payı 8,333 mln. manat, pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərinin payı 2,854  mln. manat, digər aktivlərin payı isə 3,685 mln. manatdır.

Dövlət şirkətinin öhdəlikləri 25,43% və ya 1,623 mln. manat azalaraq 4,760 mln. manata çatıb ki, bunun da hamısı caridir.

"Təmiz Şəhər" ASC-nin faizli kreditlər və borc vəsaitləri 1,2 mln. manat, kreditor borcları isə 3,559 mln. manat təşkil edir.


Şirkətin nizamnamə kapitalı ötən il dəyişməyərək 9 mln. 149,672 min manat olaraq qalıb, cəmi kapital isə 61,79% və ya 37,254 mln. manat artaraq 97,428 mln. manata çatıb.

Hesabat dövründə şirkətə 154,591 mln. manat məbləğində dövlət investisiyası yatırılıb. Digər investisiyaların həcmi 58,084 mln. manat olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida bir gunde 616 eded partlamamis herbi sursat askarlanib
    Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat aşkarla...
  • goranboy sakini yaniq xesaretleri alib
    Goranboy sakini yanıq xəsarətləri alıb
goranboy sakini yaniq xesaretleri alib goranboy sakini yaniq xesaretleri alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ