"Uğur" yatağından qızıl hasilatına başlanılıb

ugur yatagindan qizil hasilatina baslanilib

Gədəbəy rayonu ərazisində kəşf olunan "Uğur" yatağında hasilat işlərinə başlanılıb. "APA-Economics" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, bu yataqda istehsalın başlanılması şirkətin ümumi hasilatında əhəmiyyətli dəyişikliyə səbəb olub. Belə ki, sentyabrın 1-dən sentyabrın 10-dək qızıl külçəsi formasında orta gündəlik hasilat 212 unsiya təşkil edib. Bu isə ötən ilin orta gündəlik hasilatından 116% çoxdur. “Uğur yatağında tam həcmdə hasilat başlayandan sonra orta gündəlik istehsalın həcmi əhəmiyyətli dərəcədə artacaq”, - deyə məlumatda vurğulanıb.

 

"Anglo-Asian Mining Plc." şirkətinin baş direktoru Reza Vəziri bu yataqda hasilatın başlanmasını mühüm nailiyyət adlandırıb: “Əminik ki, “Uğur” yatağı şirkətin ən mühüm investisiyalarından biri olacaq. Həqiqətən də qizil istehsalında ciddi artım qeydə alınıb. Əgər ötən ilin 8 ayı ilə müqayisə etsək, istehsal olunan qızılın həcmində 2 dəfə artım qeydə alınıb”.

 

“Uğur” yatağında hasilatın hesabına bu il şirkət 72 min unsiya qızılın istehsalı ilə bağlı verdiyi proqnoza əməl edə biləcək.

 

Qeyd edək ki, “Uğur” yatağında 199 min unsiya qızıl, 1049 mln. unsiya gümüş ehtiyatının olduğu ehtimal edilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:04 22 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov minske gedib
    Zakir Həsənov Minskə gedib
  • azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib
    “Azər-Türk Bank” Bakı və Qəbələdə “ASAN xidmət” mərkəzində P...
azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib azer turk bank baki ve qebelede asan xidmet merkezinde pos terminallar qurasdirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0865
 
RR
0.03