Azərbaycan “İTB Berlin 2013” beynəlxalq turizm sərgisində iştirak edəcək

Bakı. Ülkər Rəşidqızı - APA. Gələn il martın 6-10-da Almaniyanın paytaxtı Berlində keçiriləcək “İTB Berlin 2013” beynəlxalq turizm sərgisində Azərbaycan “Konqres və Mədəniyyət” tərəfdaşı kimi çıxış edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə bağlı hazırlıq işlərinin aparılması məqsədilə bu ay müddətində Turizm şöbəsinin müdir müavini Rauf Paşayev və Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov Berlin şəhərində səfərdə olublar.

Səfər zamanı sərgi təşkilatçıları ilə görüş keçirilib, Azərbaycan stendinin yeri və digər məsələlər müzakirə olunub. Bununla əlaqədar Azərbaycana ayrılmış 3 stendin yerləşdiyi sərgi zallarına baxış keçirilib. Sərgidə Azərbaycan 112 kv. m-lik əsas stendi ilə yanaşı, 21 kv. m-lik ekoturizm stendi və 33 kv. m-lik mədəniyyət stendi ilə təmsil olunacaq.

Sərgi günlərində Azərbaycan Forumu keçiriləcək. Forum çərçivəsində sərgi iştirakçıları və digər dəvət olunacaq qonaqlar üçün ölkəmizin turizm potensialının təqdimatı olacaq. Səfər zamanı qeyd olunan tədbirlərin uğurla həyata keçirilməsi üçün Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları ilə görüş keçirilib və müzakirələr aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ