Azərbaycan prezidenti İlham Əliyev “Bakutel-2011” sərgisinin açılışında iştirak edib

azerbaycan prezidenti ilham eliyev bakutel 2011 sergisinin acilisinda istirak edib
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən 17-ci beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransının (“Bakutel-2011”) açılış mərasimində iştirak edib.
APA-Economics”in xəbərinə görə, dövlət başçısı sərgi iştirakçısı olan təşkilat və şirkətlərin stendləri ilə tanış olub.

Daha sonra prezident İlham Əliyev “Bakcell” şirkətinin 3G xidmətlərinin kommersiya istifadəsinə verilməsi mərasiminə qatılıb.

Qeyd edək ki, Britaniyanın «ITE Group» və onun Qafqazdakı tərəfdaşı «Iteca Caspian» şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən son yeniliklər, avadanlıqlar, Azərbaycanda və dünyada tətbiq olunan xidmətlər nümayiş etdirilir.

“Bakutel-2011” sərgisində 29 ölkədən 250-yə yaxın şirkət iştirak edir. Sərginin 40%-dən çoxu yerli İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətlərinin stendləri təşkil edir. İlk dəfə olaraq “BakuTel-2011” sərgisində Avstriya, Macarıstan, Fransa, Kanada, Litva və digər dövlətlərdən 18 milli ekspozisiya təqdim olunur. Ötən illə müqayisədə bu il sərgi sahəsinin və iştirakçıların sayında iki dəfə artım olub. Sərgi noyabrın 26-dək davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ