Azərbaycan “TransRusiya” Beynəlxalq nəqliyyat-logistika xidmətlər və texnologiyalar sərgisində iştirak edir

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Moskvada 21-ci TransRusiya nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi açılıb.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-üa verdiyi məlumata görə, aprel22-dək davam edəcək “TransRusiya” nəqliyyat-logistik xidmətlər və texnologiyalar sərgisi Rusiya Federasiyası, MDB-nin üzvü olan digər ölkələr məkanında ən iri sərgilərdəndir. Sərgidə dəmir yollarının, liman və yük terminallarının milli, eləcə də beynəlxalq səviyyəli yükdaşıyıcıları, ekspeditorları, operatorları, yüklərin daşınması və saxlanması üzrə avadanlıq və texnika istehsalçıları, həmçinin gömrük brokerləri, sığorta şirkətləri təqdim olunur. “TransRusiya” sərgisi RF-nın Nəqliyyat Nazirliyi, həmçinin Dövlət Dumasının  energetika, nəqliyyat və rabitə Komitəsinin, nəqliyyat üzrə Federal nəzarət xidmətinin, Federal dəmir yolu nəqliyyatı Agentliyinin, Federal dəniz və çay nəqliyyatı Agentliyinin, “Rusiya Dəmir Yolları” ASC-nin, Rusiya Ekspeditorlar Assosiasiyasının və digər qurum və sahə assosiasiyalarının təşkilatçılığı ilə keçirilir.

 

 “TranRusiya” sərgi pavilyonunun səhəsi 18000 kv.m-dən artıq bir sahəni əhatə edir. 4 gün ərzində sərgiyə Rusiyanın 71 regionundan və 50 xarici ölkədən 14716-ya yaxın mütəxəssis baxış keçirəcək. Sərgidə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə  heyəti də iştirak edir.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kecmis telekanal rehberinin cayda batan oglunun meyiti tapilib yenilenib
    Keçmiş telekanal rəhbərinin çayda batan oğlunun meyiti tapıl...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ