Azərbaycanın iştirak etdiyi “Milan Expo 2015” beynəlxalq sərgisi açılıb

azerbaycanin istirak etdiyi milan expo 2015 beynelxalq sergisi acilib
Bakı – APA. Bu gün Azərbaycanın milli pavilyonla təmsil olunduğu “Milan Expo 2015” beynəlxalq sərgisi açılıb.

APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, sərgidə 140 ölkə təmsil olunur.

 

Onlardan yalnız 54-ü tədbirdə milli pavilyonlarını təqdim edir.

 

Azərbaycan “Milan Expo 2015” sərgisində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə təmsil olunur. Sərgidəki “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlanan dördmərtəbəli milli pavilyonumuzun təməli ötən ilin iyulunda qoyulub. Bu layihənin hazırlanması üçün 300 nəfərə yaxın yerli və xarici mütəxəssisin cəlb olunduğu işçi qrup yaradılıb.

 

Ərazisi 1800 kvadratmetr olan pavilyonumuz ölkəmizin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və nadir biomüxtəlifliyini tərənnüm edir. Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan “Milan Expo 2015” beynəlxalq sərgisinin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkədir.

 

Milli pavilyonumuzun əsas özəlliyini üç biosfer təşkil edir. 10 diametri olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər öz forması ilə ziyarətçilərə planetimizi xatırladaraq onun necə kövrək olduğunu bir daha göstərir. Pavilyonun “Səslər simfoniyası” adlanan birinci mərtəbəsində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, ikinci mərtəbədə (“Rənglər simfoniyası”) iqlimi, landşaftı və bioloji müxtəlifliyi barədə məlumatlar, üçüncü mərtəbədə (“Dadlar simfoniyası”) isə milli mətbəxi və orqanik təbii qida məhsulları və nümunələri ziyarətçilərə təqdim olunur. Pavilyonun dördüncü mərtəbəsində restoran fəaliyyət göstərir. Burada milli mətbəxin nümunələri ilə tanış olmaq mümkündür. Eyni zamanda, Azərbaycanda 9 iqlim qurşağının mövcud olması, ölkəmizin beynəlxalq qurumlar tərəfindən dünyanın 25 biomüxtəliflik məkanından biri kimi göstərilməsi də milli pavilyonumuzda öz əksini tapıb. Bundan əlavə, pavilyonda monitorlarda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdirilir.

 

Xatırladaq ki, Beynəlxalq EXPO sərgiləri 5 ildən bir keçirilir və bütün dünyadan gələn ziyarətçi sayına görə Olimpiya Oyunları və Futbol üzrə Dünya çempionatlarından sonra üçüncü böyük beynəlxalq tədbir hesab olunur. “Milan Expo 2015” oktyabrın 31-dək davam edəcək. Ermənistan “Milan Expo 2015”də iştirakdan imtina edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ