Bakıda beynəlxalq inşaat sərgisi başlayıb - FOTOSESSİYA - VİDEO

Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu gün Bakıda XVII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (BakuBuild-2012) işə başlayıb.
APA-ECONOMICS”in məlumatına görə, “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan «BakuBuild-2012» sərgisinə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyası, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən rəsmi dəstək verilir. Böyük Britaniyanın «ITE Group Plc.» şirkəti və onun tərəfdaşı «Iteca Caspian LLC» şirkəti isə sərginin əsas təşkilatçılarıdır.

«BakuBuild-2012» sərgisində 31 ölkədən 455 şirkət iştirak edir. Onların 60%-i daimi eksponentlər, 35%-i yerli şirkətlər, 30%-i debütant iştirakçılardan ibarətdir.

«BakuBuild-2012» sərgisi ilə paralel olaraq IV Beynəlxalq İstilik, Havalandırma və Konsidisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji («Aqua-Therm Baku-2012») sərgisi və V Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Sistemləri («CIPS-2012») sərgisi də keçiriləcək. «Aqua-Therm Baku» sərgisində Azərbaycan, İtaliya, Rusiya və Türkiyənin 78 şirkəti, həmçinin Belçika, Çin, Finlandiya, İsveç, Yaponiya və başqa istehsalçı ölkələrin yerli nümayəndəlikləri iştirak edəcək.

«CIPS-2012» sərgisində Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələrin şirkətləri yüksək texnoloji məhsullar, o cümlədən praktik olaraq bütün sahələrdə və təhlükəsizliyin təmin olunması sektorlarında geniş tətbiq olunan avadanlıqların ən yeni nümunələrini təqdim edəcəklər.

Sərgi oktyabrın 20-dək davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ