Bakıda beynəlxalq nəqliyyat sərgisi keçiriləcək

Bakı. Əli ƏhmədovAPA-Economics. İyunun 13-15-də «Baku Expo Center»də «Nəqliyyat, tranzit və logistika» (TransCaspian-2012) beynəlxalq sərgisi keçiriləcək. Sərginin təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-Economics» verilən məlumata görə, artıq 10 ildən çoxdur ki, «TransCaspian» sərgisi Qafqazda ən əhəmiyyətli nəqliyyat forumu kimi fəaliyyət göstərir və regionda nəqliyyat sənayesi mütəxəssislərinin məhsuldar əməkdaşlığına kömək edir. Sərgi Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və TRASECA layihəsi ilə sıx əməkdaşlıq edir.

Bu il sərgi Türkiyə, Almaniya, İtaliya, Fransa, Çexiya və Latviya daxil olmaqla dünyanın 15 ölkəsindən 70 şirkəti bir yerə toplayacaq. Xorvatiya sərgiyə ilk dəfə qatılır, Latviya milli stendi isə sərgidə ardıcıl olaraq ikinci ildir ki iştirak edir.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı Azərbaycanın əsas dövlət nəqliyyat qurumları– Nəqliyyat Nazirliyi, «Azərbaycan Dəmir Yolları» QSC, Dövlət Dəniz Administrasiyası, Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) və s. təşkilatlar iştirak edəcək.

Sərgidə dəmir yolu nəqliyyatı, yüklərin avtomobil yolu və dənizlə daşınması və neftin nəqli kimi sektorlar geniş formatda təqdim olunacaq. Beynəlxalq limanların fəal iştirakı isə «TransCaspian-2012» sərgisinin fərqli xüsusiyyətlərindən birinə çevriləcək. Belə ki, sərginin ekspozisiyasına Qara dəniz, Xəzər dənizi və Baltik dənizi limanları daxil olacaq ki, bunların da arasında Poti limanı, Batumi limanı, Liepaysk limanı, Ventspilsk azad limanı və Bakı Ticarət Limanı var. Yükdaşıma sektorunu Almaniya, Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:04 17 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida indoneziyanin musteqilliyinin ildonumu ile elaqedar merasim kecirilib
    Bakıda İndoneziyanın müstəqilliyinin ildönümü ilə əlaqədar m...
  • islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib
    “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı müba...
islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib islam hemreyliyi dini radikalizm ve ekstremizme qarsi mubarize yolu movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 17 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0035
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ