Bakıda «Energetika və alternativ enerji» beynəlxalq sərgisi keçiriləcək

Bakı. Əli Əhmədov – APA-Economics. İyunun 5-də Bakıda energetika sənayesi nailiyyətlərinin nümayişi sahəsində Xəzər regionunun yeganə ixtisaslaşmış tədbiri olan II Xəzər Beynəlxalq «Energetika və alternativ enerji» (Caspian Power) sərgisi start götürəcək.
Sərginin əsas təşkilatçıları olan Böyük Britaniyanın «ITE Group Plc.» şirkəti və onun Qafqazdakı tərəfdaşı «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərginin məqsədi regionda enerji sektorunun gələcək inkişafı üçün münbit şəraitin təmin olunmasına, biznes əlaqələrinin qurulmasına, satış bazarlarının genişləndirilməsinə, birgə müəssisələrin yaradılmasına və ölkə bazarında investisiya layihələrinin, o cümlədən texnologiya və avadanlıqların təşviqinə kömək etməkdir. Artıq ardıcıl olaraq ikinci ildir ki, burada təqdim olunan bir sıra sektorların bir-biri ilə əlaqədar olmasına görə, «Caspian Power» sərgisi Xəzər regionunun neft-qaz sektorunda ən iri hadisə sayılan Xəzər beynəlxalq «Neft, qaz, neftayırma və neft kimyası» sərgi-konfransı ilə eyni meydançada keçirilir.

Sərgiyə rəsmi dəstək «Azərenerji» ASC və Azərbaycan Sənaye və Energetika Nazirliyi tərəfindən təmin olunur.

«Caspian Power-2012» sərgisi Azərbaycan, Almaniya, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynanın elektrik enerjisi üzrə texnologiya təchizatçılarını öz meydanında toplayıb. Sərgidə alternativ və bərpa olunan enerji mənbələri sahəsində fəaliyyət göstərən dövlət qurumları ilə yanaşı, Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən xarici və yerli şirkətlər də öz məhsullarını təqdim edəcək. Onların arasında «AZENCO STP» Sumqayıt Texnologiyalar Parkı, «Göknur Bakı» MMC, «Schneider-Elektrik» və s. şirkətlər var.

«Caspian Power-2012» sərgisinin sahəsinin ötən ilə nisbətən iki dəfə artması biznes ictimaiyyətinin «təmiz» enerjiyə olan marağının artmasına dəlalət edir», - deyə məlumatda bildirilir.

Sərgi ekspozisiyası energetika və elektrotexnika, enerjiyə qənaət və enerji səmərəsi, kabel-keçirici məhsullar və işıqlandırma cihazları kimi tematik bölmələrdən ibarətdir.

Təşkilatçılar ümid edirlər ki, «Caspian Power-2012» sərgisində təqdim edilən ən son avadanlıq və texnologiyalar yeni enerji layihələrində istifadə olunacaq ki, bu da ölkə sənayesinin inkişafına güclü təkan verərək beynəlxalq keyfiyyət standartlarına uyğun olan rəqabətə davamlı məhsulların istehsalını stimullaşdıracaq.

Sərgi iyunun 8-dək davam edəcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ