Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

bakida enerji iqtisadiyyati uzre beynelxalq avrasiya konfransi kecirilecek
Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının icraçı direktoru David Villiam və Enerji Siyasətləri Araşdırma Mərkəzinin Direktoru Gürkan Kumbaroğlu ilə görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşün əsas məqsədi Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyası tərəfindən 2016-cı ilin 31 avqust – 3 sentyabr tarixlərində Enerji İqtisadiyyyatı üzrə 1-ci Beynəlxalq Avrasiya Konfransının keçirilməsi məsələsinin müzakirəsi olub.

 

Tədbir Azərbaycan Konqreslər Bürosu tərəfindən qazanılan və  Azərbaycanda keçirilməsi planlaşdırılan ilk beynəlxalq tədbirlərdən biridir.

 

Görüş zamanı tədbirin keçirilmə şəraiti, forması, turistlərin Azərbaycana gəlmə imkanları, viza prosesi və s. təşkilati məsələlər müzakirə olunub.

 

Tədbirdə 200-ə yaxın dövlət, özəl və akademik dairələrdən nümayəndənin iştirakı nəzərdə tutulub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ