Bakıda “TransCaspian 2014” və “Road and Traffic 2014” sərgiləri keçirilir - FOTOSESSİYA

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakı Ekspo Mərkəzində XIII beynəlxalq nəqliyyat, tranzit və logistika (TransCaspian 2014) IV Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat ("Road and Traffic 2014) sərgiləri keçirilir.

 

APA-Economics” xəbər verir ki, “TransCaspian 2014” və “Road and Traffic 2014” sərgilərində 16 ölkədən 104 şirkət iştirak edir. Sərgilərdə Azərbaycan, Gürcüstan, Belarus, Çin, Rusiya, Fransa, Çexiya, Latviya və İsveçrədən, o cümlədən "Access Trans", "Alstom Transport" şirkətləri, Latviya Dəmir Yolları, Gürcüstan Dəmir Yolları və digər nəqliyyat şirkətləri iştirak edirlər.

 

Qeyd edək ki, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Gəmiçiliyi" QSC və Dövlət Avtomobil Nəqliyyatı Xidməti də iştirak edir.

 

"Road and Traffic 2014" sərgisində isə Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Sinqapur, Türkiyə, Ukrayna, Çexiya və başqa ölkələrin şirkətləri tərəfindən regionun yol infrastrukturunun geniş mənzərəsi təqdim olunublar.

 

"Azəryolservis", Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və bir çox başqa şirkətlər də tədbirə qatılıblar.

 

Tədbirin açılış mərasimində nəqliyyat nazirinin müavini Musa Pənahov iştirak edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ