Bakıda tunel tikintisinə dair beynəlxalq sərgi-konqres keçiriləcək

Bakı. Əli ƏhmədovAPA-Economics. Sentyabrın 10-11-də Bakıda Azərbaycanda ilk dəfə «Şəhər tunel və yeraltı infrastrukturlar» adlı Beynəlxalq konqres-sərgi keçiriləcək. Tədbirin təşkilatçısı olan «Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, tədbir 2011-ci ildən Ümumdünya Tunel Assosiasiyasının üzvü və regionda bu istiqamətin yeganə təmsilçisi olan Azərbaycan Tunelçilər Birliyinin təşəbbüsü ilə təşkil olunur.

Məlumatda bildirilir ki, konqresin aktuallığı şəhər ərazisindən səmərəli istifadə olunması ilə bağlı hər il artan ehtiyacla əlaqədardır. Yeraltı məkandan (yeraltı avtomobil yolları, avtomobillər üçün dayanacaqlar, tunellər, metro, mağazalar və s.) rasional istifadə layihəçilər, memarlar, inşaatçılar, qazmaçılar, həmçinin şəhər icra hakimiyyəti, kommunal xidmətlər və bir sıra digər istiqamətlərin nümayəndələrində ciddi maraq doğurur. Bundan əlavə, yeraltı məkandan səmərəli və müasir şəkildə istifadə həm meqapolislər, həm də adi şəhərlər üçün son dərəcə vacib bir məsələyə çevrilir.

Bakı konqresi beynəlxalq ictimaiyyət tərəfindən də dərhal böyük maraqla qarşılanıb. Azərbaycan, Almaniya, Fransa, İspaniya, İtaliya, Rusiya, Ukrayna, ABŞ, Kanada, Koreya və digər ölkələrin alim və mütəxəssisləri, habelə maraq göstərən təşkilat və şirkətlər bu konqresdə iştirak edəcəklərini bildiriblər. Ümumilikdə, konfransa 300 nümayəndə akkreditə olunub.

Konqreslə birlikdə sərgi təşkil olunacaq. Bu sərgidə qabaqcıl şirkətlər öz tunel tikinti layihə və texnologiyalarını nümayiş etdirəcək.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Memarlıq və İnşaat Universiteti, Fransa Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (AFTES), Beynəlxalq Tunel və Yeraltı İnfrastrukturlar Assosiasiyası (ITA) və Azərbaycan Tunelçilər Birliyi tərəfindən birbaşa dəstək verilir.

Tədbirin sponsorları siyahısına «AzərTunelMetroTikinti» ASC, «Herrenknecht», «Vinci Construction», «Bouygues TP», «Tikilən Bakı Metropoliteni», «Körpü-Bina Tikinti», «AzərKörpü» və «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi» şirkətləri daxildir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboy sakini sirke tursusundan zeherlenib
    Goranboy sakini sirkə turşusundan zəhərlənib
  • denizde batan iki gencin meyiti tapilib
    Dənizdə batan iki gəncin meyiti tapılıb
denizde batan iki gencin meyiti tapilib denizde batan iki gencin meyiti tapilib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ