Bakıda VI Azərbaycan Beynəlxalq «Təhsil və karyera» sərgisi keçiriləcək

Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 20-22-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda VI Azərbaycan Beynəlxalq «Təhsil və karyera» sərgisi keçiriləcək.

«Iteca Caspian»dan «APA-Economics»ə verilən məlumata görə, layihənin məqsədi bir sərgi meydançasında 16 yaş və daha böyüklərdən ibarət auditoriyaya ali təhsil və dil biliklərinin təkmilləşdirilməsi üzrə xidmətlərin tam spektrini iştirakçılar üçün ən səmərəli, ziyarətçilər üçün isə ən rahat formada təqdim etməkdir.

Dünyanın 20-dən çox ölkəsinin, o cümlədən Azərbaycan, Böyük Britaniya, İsveçrə, Litva, Kanada, Çexiya, Almaniya, Türkiyə, Koreya, Malayziya, Belarus, Ukrayna və digər ölkələrin 100-dən çox təhsil müəssisəsinin nümayəndələri sərgi ziyarətçilərini dünyanın müxtəlif ölkələrinin təhsil sistemləri ilə tanış edəcək və Azərbaycanda, habelə xaricdə ən yaxşı təhsil proqramını seçməyə kömək edəcək.

Bu il Litva özünün 12 ən məşhur təhsil müəssisəsi ilə çıxış edəcək. Türkiyə Milli Qrupuna isə bu ölkənin ən böyük şəhərlərinin 15 ali məktəbi daxil olacaq. Sərgidə Belarus öz 8 qabaqcıl universitetini təqdim edəcək. Ukraynada təhsilə artan marağı nəzərə alaraq, sərginin ikinci günü ölkənin təhsil sektorunun aparıcı mütəxəssisləri tərəfindən hazırlanmış «Ukraynada ali təhsil» adlı 3 saatlıq seminar keçiriləcək: «Əvvəlki kimi, Böyük Britaniyanın ali təhsil və dil məktəblərinin təkliflər dairəsi müxtəlifdir. Hər il sərgi ekspozisiyasında öz əksini tapan karyera sektorunda ilk dəfə olaraq BP şirkəti potensial işəgötürən kimi iştirak edəcək».

«Təhsil və karyera» sərgisinə giriş xüsusi olaraq yuxarı sinif şagirdləri, abituriyentlər, tələbələr və təhsil peşəkarları, həmçinin onların valideynləri üçün nəzərdə tutulub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ