Bakıda “WorldFood Azerbaijan-2012” sərgisi işə başlayıb - FOTOSESSİYA - YENİLƏNİB

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Böyük Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə XVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan-2012”) işə başlayıb.
APA-Economics”İn xəbərinə görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, kənd təsərrüfatı Azərbaycanın qida sənayesinin inkişafında mühüm rol oynayır. Nazir kənd təsərrüfatı məhsulları istehsalçılarını məhsul istehsalını artırmağa çağırıb: “Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq”.

Qeyd edək ki, mayın 17-dək davam edəcək sərgidə 24 ölkədən 120 şirkət iştirak edir. Səudiyyə Ərəbistanı, Əfqanıstan, Braziliya, Misir və Serbiya şirkətləri sərgiyə ilk dəfədir qatılır. Sərgidə eyni zamanda Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Norveç, Belçika, Niderland və digər ölkələr iştirak edir.

“WorldFood Azerbaijan-2012” sərgisi bir meydançada “WorldFood”, “WorldDrink” və “WorldFoodTech” kimi tematik sərgiləri bir araya gətirməklə qida sənayesinin faktiki olaraq bütün sahələrini əhatə edir. Ümumilikdə isə sərgidə mal və quş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, habelə qida sənayesinin müxtəlif sahələri, super-marketlər, laboratoriya təhlilləri və s. üçün avadanlıqlar nümayiş olunur.

”WorldFood Azerbaijan-2012” ilə yanaşı, VI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“AgriHort Azerbaijan”), I Xəzər Beynəlxalq “Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” (“IPACK Caspian”) və II Xəzər Beynəlxalq “Plastik Kütlələr və Kauçuk” (Plastex Caspian) sərgiləri də keçiriləcək.

Qeyd edək ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin rəsmi «online» informasiya tərəfdaşı APA İnformasiya Agentliyidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ