Çexiya 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə sərgisində öz milli stendi ilə çıxış edir - FOTO

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda öz işinə başlayan 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə sərgisində Çexiya Respublikası öz milli stendi ilə çıxış edir.

 

APA-nın xəbərinə görə, öz fəaliyyətləri barədə keçirdikləri mətbuat konfransında məlumat verən Tibbi Avadanlıqların İstehsalı və Təchizatı Assosiasiyasının prezidenti Jaroslav Kopecek bildirib ki, bu il sərgidə Çexiya Respublikası öz milli stendi ilə debüt edir.

 

Stenddə Çexiyanın 10 şirkəti ortopedik məhsullar, laboratoriya avadanlıqları, tibb bacıları ilə pasiyentlər arasında rabitə üçün avadanlıqlar, xilasetmə avadanlıqları və təcili tibbi yardım vasitələri, habelə klinikalar üçün mebel təqdim edir. Assosiasiyanın rəhbəri qeyd edib ki, Azərbaycanın səhiyyə sahəsində fəaliyyət göstərən şirkətlər əməkdaşlıq etməkdə maraqlı olan Çexiya şirkətləri üçün bu sərgi çox mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, assosiasiyanın da məqsədi tibb sahəsində mövcud olan şirkətləri bir araya gətirmək və onların fəaliyyətindən qarşılıqlı şəkildə faydalanmaqdan ibarətdir.

 

Sonra Çexiyanı təmsil edən bir çox şirkətlərin nümayəndələri çıxış edərək sərginin birgə əməkdaşlıq münasibətlərinin qurulması üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib. Sərgi çərçivəsində hər bir kompaniya Azərbaycan şirkətləri ilə əlaqələr quracaq və əməkdaşlıq yaxın gələcəkdə daha yüksək formada davam etdiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ