Gələn ay Bakıda «WorldFood Azerbaijan-2012» sərgisi keçiriləcək

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin may ayının 15-17-də Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi («WorldFood Azerbaijan-2012») keçiriləcək.

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə 22 ölkədən 120 şirkətin iştirak edəcəyi gözlənilir. Sərgi sahəsinin 40%-i sərginin daimi iştirakçıları tərəfindən tutulacaq. Bununla yanaşı, sərgidə ilk dəfə Səudiyyə Ərəbistanı, Əfqanıstan, Braziliya, Misir və Serbiya şirkətləri iştirak edəcək.

«WorldFood Azerbaijan-2012» sərgisi bir meydançada «WorldFood», «WorldDrink» və «WorldFoodTech» kimi tematik sərgiləri bir araya gətirməklə qida sənayesinin faktiki olaraq bütün sahələrini əhatə edəcək. Ümumilikdə isə sərgidə mal və quş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, habelə qida sənayesinin müxtəlif sahələri, supermarketlər, laboratoriya təhlilləri və s. üçün avadanlıqlar nümayiş olunacaq.

«WorldFood Azerbaijan-2012» ilə bərabər VI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı «AgriHort Azerbaijan» və I Xəzər Beynəlxalq «Qablaşdırma, Tara, Etiket və Poliqrafiya» («IPACK Caspian») sərgiləri keçiriləcək.

Sərgiyə eyni zamanda Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Serbiya, Almaniya, Norveç, Belçika, Niderland və digər ölkələr qatılacaq.

Qeyd edək ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ