Gəncədə İran İslam Respublikasının ilk sərgisi açılıb

Bakı - APA. Gəncədə İran İslam Respublikasının 51 tanınmış şirkətinin məhsullarının satış-sərgisi açılıb.

 

Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin təşəbbüsü ilə keçirilən sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin, Ərdəbil əyalətinin beynəlxalq sərgilər şirkətinin icraçı direktoru Mirəyyub Təqəvi-Tələb, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

 

Sərginin rəsmi açılış mərasimində iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasından, yeni əlaqələrin yaranmasından, belə tədbirlərin iqtisadiyyat və ticarət  sahəsində əlaqələrin inkişafına zəmin yaradacağından geniş söhbət açılıb. Eyni zamanda fevral ayında Gəncə-Təbriz şəhərləri arasında yaradılan qardaşlıq əlaqələri də xüsusi vurğulanıb.

 

Rəsmi açılışın sonunda İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hədiyyə təqdim edib. Sonra sərgiyə baxış keçirilib.

 

Ticarət-sənaye məhsullarının birinci sərgisinin 5 gün davam etməsi nəzərdə tutulub. İranın Ərdəbil əyalətindən başqa, Qərbi və Şərqi Azərbaycan əyalətləri, Tehran, İsfahan, Əlborz, Məşhəd şirkətlərinin də iştirak etdiyi sərgidə 51 şirkət sənaye və kənd təsərrüfatı məhsulları, məişət əşyaları, xalça, mebel, geyim, avtomobillər nümayiş etdirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ