İyunun 5-8-də Bakıda beynəlxalq neft-qaz sərgi-konfransı keçiriləcək

Bakı. Nicat Mustafayev – APA-Economics. İyunun 5-8-də Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XIX Beynəlxalq «Xəzər neft, qaz, neftayırma və neft kimyası» («Caspian Oil and Gas») sərgi və konfransı keçiriləcək.
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə 32 ölkədən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Almaniya, Böyük Britaniya, Rusiya, BƏƏ və Türkiyənin milli qrupları var. Bu il sərgidə ilk dəfə olaraq Vyetnamı təmsil edən şirkətlər də iştirak edəcək. Sərgi sahəsinin 40%-ni bütün dünyada tanınmış şirkətlər tutacaq. Bu şirkətlərin əksəriyyəti «Caspian Oil & Gas» sərgisinin daimi iştirakçılarıdır: «Əlamətdar hallardan biri də ondan ibarətdir ki, sərgi iştirakçılarının 10%-ni əvvəllər heç vaxt Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edir. Sərgiyə olan davamlı maraq çox mühüm göstərici və əhəmiyyətli amil olub, Azərbaycanın beynəlxalq neft birliyində layiqli yer tutduğuna və regionda lider mövqeyinə malik olduğuna dəlalət edir».

Şirkətdən həmçinin bildirilib ki, tədbirdə neft hasilatı və enerji ehtiyatlarının daşınması sahəsində mövcud olan yeni texnologiyalar nümayiş etdiriləcək. Eyni zamanda, sərgi regionda həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft-qaz layihələrini təqdim edəcək.

Bundan başqa, «Caspian Oil and Gas» sərgisinin işgüzar proqramı çərçivəsində «Xəzər neft, qaz, neftayırma və neft kimyası» konfransı keçiriləcək ki, burada regional əməkdaşlıq, ölkədə yeni layihələrin inkişafı, habelə Azərbaycanda və regionda enerji infrastrukturu layihələrinin inkişafı məsələləri də daxil olmaqla, dünya enerji bazarının aktual məsələləri diqqət mərkəzində olacaq. Konfrans işinə iyunun 6-da başlayacaq və bu tədbirdə 500-ə yaxın şirkətin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, sərgi Azərbaycan Sənaye və Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən dəstəklənir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ