Sabahdan Bakıda 3 beynəlxalq sərgi işə başlayır - FOTO

Bakı. Könül Kamilqızı - APA. Sabah Bakıda 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə, 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri keçiriləcək.

APA-nın xəbərinə görə, sərgilərin açılışına həsr olunan mətbuat konfransında çıxış edən “İteca Caspian” şirkətinin icraçı direktoru Edvard Strun bildirib ki, bu il sərgilərdə iştirak edən iştirakçıların sayında 20% artım qeydə alınıb: “Sərgidə 17 ölkədən 120-dən çox ölkə iştirak edəcək. İlk dəfə olaraq sərgi çərçivəsində dünyanın 20-dən artıq müxtəlif klinikasını ehtiva edən “Tibbi turizm” bölümü fəaliyyət göstərəcək. “Tibbi turizm” bölümü Ümumdünya Tibbi Turizm Assosiasiyası və Türkiyə Tibbi Turizm Assosiasiyasının dəstəyi ilə təşkil olunur”.

 

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə bildirib ki, belə sərgilərinin keçirilməsi Azərbaycan səhiyyəsinin həm özəl, həm də dövlət sektoruna böyük təkan verir. A.Qədirli qeyd edib ki, son bir neçə ildə səhiyyənin özəl tibb sahəsində müəyyən irəliləyişlər var: “Yeni səhiyyə mərkəzləri yaradılır, müalicə və müayinə texnologiyaları ildən-ilə yenilənir. Həkimlər də hər zaman müasir dövrdə baş verən nailiyyətləri izləməlidirlər ki, yeni metodlara əl ata bilsinlər. Belə sərgilərin keçirilməsi də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı fikir mübadiləsinin aparılmasına müəyyən töhfələr verir”.

 

“İteca Caspian” şirkətinin layihə meneceri Elmira Ağayeva sərgi barədə ətraflı məlumat verib.

 

Qeyd edək ki, 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə, 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri 31 oktyabr-3 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ