Tiflisdə xeyriyyə məqsədi ilə sərgi təşkil edilib - FOTOSESSİYA

Tiflis. Nizami Məmmədzadə-APA. Tflisdə keçirilən ATƏT-in PA sessiyası çərçivəsində Ekspo-Georga Sərgi Mərkəzinin ərazisində tədbir iştirakçıları üçün sərgi təşkil edilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgi Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfinin təşkilatçılığı ilə xeyriyyə məqsədi ilə təşkil olunub.

 

Sərgidə Gürcüstanın müxtəlif bölgələrindən, o cümlədən Qərbi Gürcüstan və Kaxetiya bölgəsindən gətirilən və sakinlərin şəxsi istehsalı olan şərab məhsulları və gildən hazırlanan qablar və dəridən və yundan hazırlanan geyimlər, rəsm əsərləri və arıçılıq  məhsulları nümayiş olunub. Sərgidə satılan mallardan əldə olunan aztəminatlı ailələrə, kimsəsizlərə göndəriləcək.

 

Sərgi ilə tanış olan ATƏT PA sessiyasının iştirakçıları həm də sərgidə alış-veriş ediblər. Sərgi maraqlı konsert proqramı ilə başa çatıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • barselona terrorunun esas subhelisi tutulub
    Barselona terrorunun əsas şübhəlisi tutulub
  • xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib
    Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılıb...
xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib xezerde batmaq tehlukesi ile uzlesen sexs sudan cixarilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9988
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ