Bakı-Təbriz aviareysinin bərpası müzakirə olunub

baki tebriz aviareysinin berpasi muzakire olunub

“Təbrizin 2018-ci ildə islam dünyasının turizm paytaxtı elan olunması Azərbaycan və İran arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək və iki ölkə arasında gediş-gəlişi çoxaltmaq üçün yaxşı fürsətdir”. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şərqi Azərbaycan əyalətinin başçısının müavini Rəhim Şöhrətifər Azərbaycanın Təbrizdəki baş konsulu Əliənnağı Hüseynovla görüşündə deyib.


R. Şöhrətifər bildirib ki, Bakı şəhəri 2019-cu ildə İslam ölkələrinin turizm paytaxtı seçilib,  Təbrizin 2018-ci ildəki təcrübəsi bu sahədə faydalı ola bilər: “Azərbaycan Respublikası və Təbriz əhalisi müştərək dil, din və mədəniyyətə sahibdir və tarix boyu bir-birinin yanında yaşayıb. “Təbriz-2018” tədbirlərində ən çox bizə oxşarlığı və yaxınlığı ilə bilinən qonşu ölkəmiz Azərbaycanın aktivliyini istəyirik”.
 

R. Şöhrətifər Azərbaycan KİV nümayəndələrinin Təbrizdə keçiriləcək tədbirlərdə fəal iştirak edərək bu barədə Azərbaycan vətəndaşlarına məlumatlar çatdırmasını istəyib. O deyib ki, tədbirlərdən biri də Nizami Gəncəvi Elmi Konqresidir: “Təbriz və Gəncənin  tarixi və mədəni oxşarlığı bu konqresin daha yaxşı keçirilməsinə təsir edə bilər”.
 

Azərbaycanın Təbrizdəki baş konsulu Əliənnağı Hüseynov Azərbaycanın “Təbriz-2018” tədbirləri ilə bağlı hər cür əməkdaşlığa hazır olduğunu söyləyib: “Naxçıvan şəhəri də 2018-ci ildə İslam dünyasının mədəniyyət paytaxtı kimi seçilib. Biz bu il də yaxşı əməkdaşlıq edə bilərik”.
 
Görüşdə Təbriz-Bakı aviareysinin bərpası və Azərbaycan vətəndaşlarının Təbriz xəstəxanalarına müraciətinin asanlaşdırılması haqqında da fikir mübadiləsi aparılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:08 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • boyuk britaniyada xocali soyqiriminin 26 ci ildonumu munasibeti ile anim merasimi kecirilib
    Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasib...
  • sirvan sakini gulle yarasi alib
    Şirvan sakini güllə yarası alıb
sirvan sakini gulle yarasi alib sirvan sakini gulle yarasi alib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301