Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 33 398 000 manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 83,6389 AZN (20,0561%) və 92,3442 AZN (8,5%) olan 21 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 90,7183 AZN (10,49%) orta ölçülmüş qiyməti 91,3749 AZN (9,6778%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36 233 800 manat yerləşdirilmiş həcmi isə 25 737 300 mln. manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 2021-ci ilin mayın 4-dür.
Hərrac iştirakçıları 13 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.