Keçmiş nazirin vəkil nəvəsinə hökm oxunub

Keçmiş nazirin vəkil nəvəsinə hökm oxunub
# 30 oktyabr 2019 16:13 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq vəkil Vüqar Poladov və sabiq müstəntiq Misir Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V. Poladov 8600 manat, M. Əmirov isə 5600 manat cərimələnib. Məhkəmənin hökmü ilə Vüqar Poladovun vəkillik fəaliyyəti ilə məşğul olması iki il qadağan edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq)maddəsi ilə ittiham olunur.

Vəkillər Kollegiyasından APA-ya bildirib ki, V. Poladovun vəkillik fəaliyyəti bir müddət əvvəl dayandırılıb.

Onu da qeyd edək ki, V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR