Ermənilər Ağdamın Birinci Baharlı qəsəbəsinə top mərmisi atıb, evlərə ziyan dəyib - FOTO

Ermənilər Ağdamın Birinci Baharlı qəsəbəsinə top mərmisi atıb, evlərə ziyan dəyib - FOTO
# 30 sentyabr 2020 09:10 (UTC +04:00)

Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1979-cu il təvəllüdlü Həsənov Elçin Əli oğlunun evi top mərmisindən dağılıb. 

APA-nın Qarabağa bürosunun xəbərinə görə, saat 01:46-da Birinci Baharlı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Əhmədov Sabir Qulu oğlunun evi düşən mərminin təsirindən zərər çəkib. 

Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1950-ci il təvəllüdlü Behbudov Allahverdi Məhəmməd oğluna məxsus 200 ədəd ot bağlaması mərmi nəticəsində yanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR