Ermənilərin törətdiyi yanğını yağan yağış söndürüb

Ermənilərin törətdiyi yanğını yağan yağış söndürüb
# 10 iyul 2019 03:36 (UTC +04:00)

Erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədiblər.

APA-nın Qarabağ bürosunun məlumatına görə, ötən gün axşam saatlarında ermənilər havanın küləkli olmasını fürsət bilib, qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində yanğın çıxardıblar.

Küləkli hava şəraiti alovun miqyasını qısa müddətdə genişləndirib. Lakin sonradan havanın yağmurlu keçməsi törədilmiş yanğının qarşısını alıb və alovu söndürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR