Niderlandlı nazir İraqda İŞİD mövqelərinə hücumda 70 nəfərin öldüyünü etiraf edib

Niderlandlı nazir İraqda İŞİD mövqelərinə hücumda 70 nəfərin öldüyünü etiraf edib
# 04 noyabr 2019 18:14 (UTC +04:00)

Niderlandın Müdafiə naziri Ank Bijleveld 2015-ci ildə İraqda İŞİD mövqelərinə hücumu zamanı 70 nəfərin öldüyünü etiraf edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazir ölkə parlamentinə yazılı açıqlama təqdim edib.

Müdafiə naziri yazılı açıqlamasında 3 iyun 2015-ci ildə Kərkükdən 55 kilometr cənub-qərbdə yerləşən El-Havica bölgəsində ən azı 70 nəfərin həyatını itirməsinin həqiqət olduğunu deyib: “Ümumilikdə hücum nəticəsində təxminən 70 nəfər ölüb, amma onlardan nə qədər mülki şəxsdir, bu, hələ də bilinmir. Niderland qırıcı təyyarələrinin hədəfi müxtəlif döyüş sursatları istehsal edən terrorçu zavodu məhv etmək olub”.

Müdafiə naziri ayrıca 21 sentyabr 2015-ci ildə Mosulda İŞİD-ə aid olduğu güman edilən evdə əməliyyat keçirilərkən 4 vətəndaşın öldüyünü də bildirib.

Nazir mülki şəxslərin həyatını itirməsinə görə çox üzüldüyünü qeyd edərək, əməliyyatın keçirildiyi yerlər barədə natamam və səhv məlumat aldıqlarını vurğulayıb.

Qeyd edək ki, Niderlandın F-16 qırıcıları 2014-cü ildən 2018-ci ilə qədər İŞİD-lə mübarizə üzrə beynəlxalq missiyada iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR