Ərdoğan nazirləri ilə Suriya, Liviya və İraqı müzakirə edib

Ərdoğan nazirləri ilə Suriya, Liviya və İraqı müzakirə edib
# 20 may 2020 21:12 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə təhlükəsizlik toplantısı keçirib.

APA-nın yerli bürosunun Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla verdiyi məlumata görə, 3 saatlıq görüşdə Suriya, Liviya, İraq başqa olmaqla, regional məsələlər və Türkiyənin təhlükəsizliyi müzakirə olunub.

İclasda Türkiyənin Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirləri, Baş qərargah, Milli Təhlükəsizlik İdarəsi (MİT) və Kommunikasiya İdarəsinin rəisləri, Quru Qoşunları, Hava və Dəniz Qüvvələri komandanları, mətbuat katibi İbrahim Qalın iştirak ediblər.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) pandemiyası Türkiyədə elan olunduqdan uzun müddət sonra Türkiyə Prezidenti ilk dəfə videokonfrans formatında olmayan canlı görüş keçirib. Görüş sosial məsafə gözlənməklə baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR