İyunun 8-də Bakıdan Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanına birdəfəlik uçuş baş tutacaq.
APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Səfirlik bildirib ki, uçuş üçün biletlərin ödənişləri onlayn qaydada olacaq.
"Məlumat üçün bildirək ki, bu uçuşda Azərbaycandakı ABŞ vətəndaşlarına və ABŞ-ın qanuni daimi sakinlərinə (LPR və "Greencard" sahibləri) üstünlük veririk", səfirlik qeyd edib.
ABŞ-a uçacaq sərnişinlər ad və soyadları, doğum tarixi, pasport nömrəsi, pasportun son bitmə tarixi ilə bağlı məlumatları, eləcə də pasportun elektron nüsxəsini, "Greencard sahibləri isə sənədlərinin elektron nüsxəsini, elektron poçt adresi və əlaqə nömrələrini [email protected] elekton poçt ünvanına göndərməlidirlər.