Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - FOTO - YENİLƏNİB

Gəncədə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - FOTO - YENİLƏNİB
# 21 iyun 2019 14:10 (UTC +04:00)

Gəncədə yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib. Onlara hadisə yerində tibbi yardım göstərilib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

***

Saat 13:31

Gəncədə yaşayış binası yanır.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, şəhərin 4-cü mikrorayonunda qeydə alınıb. Beşmərtəbəli binanın dam örtüyündə meydana gələn yanğının söndürülməsinə 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Baş verən yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR