Bakıda Britaniya vətəndaşının telefonunu oğurlayan şəxs tutulub

Bakıda Britaniya vətəndaşının telefonunu oğurlayan şəxs tutulub
# 10 mart 2020 17:32 (UTC +04:00)

Martın 8-də Böyük Britaniya vətəndaşı T.Aleksandranın Səbail rayonu, Nizami küçəsində gödəkçəsinin cibindən “İphone 6” markalı mobil telefonunun cibgirlik yolu ilə talanması ilə bağlı polisə müracət daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, ərazidə xidmət aparan Səbail RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində oğurluq əməlində şübhəli bilinən 1993-cü il təvəllüdlü, Gəncə şəhərində qeydiyyatda olan Kamran İsmayılov maddi sübutla birlikdə saxlanılaraq Səbail RPİ 39-cu Polis Bölməsinə təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyən olunub ki, o, Türkiyə Respublikasının Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunub.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR