Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.
Bu barədə APA-ya AZAl-dan bildirilib. Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.