"Bavariya"nın kapitanı Bundesliqada 400-cü oyununa çıxıb

"Bavariya"nın kapitanı Bundesliqada 400-cü oyununa çıxıb
# 26 may 2020 22:12 (UTC +04:00)

Almaniya Bundesliqasının XXVIII turunda Dortmund "Borussiya"sı ilə keçirilən oyun "Bavariya"nın kapitanı Manuel Noyer üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, hazırda davam edən turun mərkəzi qarşılaşması qapıçının Bundesliqada 400-cü matçı olub.

34 yaşlı qolkiper bu göstəriciyə çatan 3-cü futbolçu kimi tarixə düşüb. Bu baxımdan rekord "Verder"in hücumçusu Klaudio Pizarroya məxsusdur. Onun aktivində 487 görüş var. İkinci pillədə "Union"un üzvü Kristian Gentner (402) qərarlaşıb.

Qeyd edək ki, "Bavariya" Coşua Kimmixin 43-cü dəqiqədə vurduğu yeganə qol sayəsində səfərdə 1:0 hesabı ilə öndədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR