Qazaxda baş verən avtoqəzada bir nəfər ölüb, iki nəfər yaralanıb

Qazaxda baş verən avtoqəzada bir nəfər ölüb, iki nəfər yaralanıb
# 13 oktyabr 2020 14:26 (UTC +04:00)

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 12-də saat 22 radələrində Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisində Xanlıqlar kənd sakini Qələndər Məmmədovun idarə etdiyi “VAZ-2104” və Bakı şəhər sakini M.Musayevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və sərnişinlərdən biri xəstəxanaya yerləşdirilib, Q.Məmmədov orada ölüb.

Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR