Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Əmirov Cəmil Fikrət oğlu
Göyçayev Teymur Ənvər oğlu
Xanı-zadə Bəxtiyar Oqtay oğlu
Kərimov Fəxrəddin Nuri oğlu
Quliyev Qabil Əzizulla oğlu
Şərifov Vaqif Abdulla oğlu
Tağızadə İranə Tofiq qızı.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.