Azərbaycan Universiadada ilk medalını qazanıb

Azərbaycan Universiadada ilk medalını qazanıb
# 05 iyul 2019 23:44 (UTC +04:00)

Azərbaycan İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ilk medalını qazanıb.

APA-nın məlumatına görə, millimizin aktivinə ilk mükafatı cüdoçu Hidayət Heydərov yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finaladək Səudiyyə Ərəbistanı, Misir, Monteneqro və Monqolustan təmsilçinə qalib gəlsə də, həlledici görüşdə Rusiya cüdoçuya məğlub olaraq, gümüş medalla kifayətlənib.

Digər cüdoçumuz Murad Fətiyev isə ilk cəhdində hollandiyalı rəqibinə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR