“Bavariya” sabiq futbolçusunu baş məşqçi postuna gətirə bilər

“Bavariya” sabiq futbolçusunu baş məşqçi postuna gətirə bilər
# 15 may 2019 17:37 (UTC +04:00)

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi postunda dəyişiklik edilə bilər.

ONA-nın məlumatına görə, Münhen təmsilçisinin çalışdırıcısı Niko Kovaçın mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

Onu bu vəzifədə əvəzləməyə əsas namizəd də bəllidir. “Bavariya” 2006-2011-ci illərdə heyətində futbolçu kimi çıxış etmiş Mark van Bommeli “sükanı arxasına” gətirmək istəyir.

Ötən ilin yayında PSV-nin baş məşqçisi təyin olunan mütəxəssisin yetirmələri Hollandiya çempionatında ikinci yerdə qərarlaşıblar. Onunla bir müddət öncə “Milan”ın da maraqlandığı qeyd olunurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR