Azərbaycanda yanvar-may aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 47,2 mln. ton yük, 543,2 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yük və sərnişindaşımalarda müvafiq olaraq 17,1% və 21,3% azalma qeydə alınıb.
Məlumata əsasən, hesabat dövrü sərnişinlərin 96,2% avtobus, 3,8% isə minik taksilərinin xidmətlərindən istifadə edib.