Bakıda keçmiş məhkum narkotiklə saxlanılıb

Bakıda keçmiş məhkum narkotiklə saxlanılıb
# 16 mart 2020 10:33 (UTC +04:00)

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

APA xəbər verir ki, Pirallahı rayon Polis şöbəsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə məhkum olunmuş B.Məmmədov saxlanılıb. Baxış zamanı həmin şəxsdən 480 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR