Bakıda polisə ülgüclə hücum edən şəxsin məhkəməsi başlayır

Bakıda polisə ülgüclə hücum edən şəxsin məhkəməsi başlayır
# 01 may 2019 16:22 (UTC +04:00)

Xuliqanlıqda təqsirləndirilən Namiq Yəhyayev, Dönməz Babayev və İlqar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 13-nə təyin edilib.

Məlumata görə, bu il yanvarın 3-ü, saat 19:15-də Zığ şossesindəki 4 saylı binanın qarşısında bir neçə kişi dava edib. Polis əməkdaşları - 34 yaşlı kapitan Fərid Mahmudov və 23 yaşlı leytenant Hüseyn Məcidzadə xuliqanlıq əməlinin qarşısını almaq üçün davaya mane olmağa çalışıblar. Lakin davada iştirak edənlərdən biri ülgüclə F. Mahmudovun üzərinə cumaraq onun boynuna və əlinə xəsarət yetirib. Buna baxmayaraq, davanın bütün iştirakçıları saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı davanın üç iştirakçısı saxlanılıb. Onlar əvvəllər oğurluq və bədənə yüngül xəsarət yetirməklə bağlı məhkumluq həyatı yaşamış 36 yaşlı Bakı şəhər sakini İlqar Hüseynov, AR CM-nin 177-ci (Oğurluq) və 185-ci (Avtomobil oğurluğu) maddələri ilə məhkum edilmiş Sabirabad rayonunun 23 yaşlı sakini Namiq Yəhyayev və Astara rayonunun 42 yaşlı sakini Dönməz Babayev olub. Məlum olub ki, həddindən artıq spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüş bu 3 şəxs birlikdə Füzuli rayonundan olan 37 yaşlı Afiq Əhmədovu döyüblər. Elə polis də həmin vaxt onların davasına müdaxilə edib. Polis kapitanı Mahmudova hücum edən şəxs isə Namiq Yəhyayev olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR