Özbəkistanda daha 48 nəfərdə koronavirus aşkarlanıb.
APA-nın xəbərinə görə, respublikanın Səhiyyə Nazirliyindən bildirilib ki, bununla da, koronavirusa yoluxanların say 390 nəfərə yüksəlib.
İndiyədək iki nəfər ölüb, 30 nəfər sağalıb.
Qeyd edək ki, aprelin 1-dən paytaxt Daşkənddə və regionlarda özünütəcrid rejimi tətbiq olunub, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxması qadağan edilib. 100 mindən çox insan karantindədir.