Mirzə Fətəli Axundov adına Milli kitabxanada Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb

Mirzə Fətəli Axundov adına Milli kitabxanada Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb
# 27 iyun 2008 09:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mirzə Fətəli Axundov adına Milli kitabxanada Gənc Ədiblər Məktəbi fəaliyyətə başlayıb. Layihə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən koordinasiya edilir. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Gənc Ədiblər Məktəbinin məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə yeni addımlar atan 15-35 yaş arasındakı yaradıcı nəsli bir araya gətirmək, onların imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, gənclərin yaratdığı ədəbi nümunələrin əcnəbi dillərə tərcümə olunub nəşr edilməsini dəstəkləməkdən ibarətdir. Eyni zamanda, gənc yazıçı və publisistlərin əsərlərinin nəşri, onların yaradıcılığına aid televiziya verilişlərinin hazırlanması, gənc yazıçı, şair, tənqidçi, publisist və dramaturqlarla oxucu görüşlərinin təşkili, onların əsərlərinin müsabiqələr yolu ilə aşkara çıxarılıb mükafatlandırılması Gənc Ədiblər Məktəbinin başlıca fəaliyyət istiqamətləridir. Gənc Ədiblər Məktəbinin bir illik fəaliyyətin yekununa görə üç ən istedadlı gəncə 6 aylıq təqaüd təyin edilib. Məşğələlərdə gənc ədiblərin əsərləri müzakirə olunacaq, konkret və aktual mövzulara aid ustad dərsləri keçiriləcək, əsərlərin mətbuatda dərci təşkil ediləcək. İki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş gənclərə Mədəniyyət və Turizm Nazirliyinin sertifikatları verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR