Turan Cavidin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Turan Cavidin xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 12 sentyabr 2008 11:10 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavid Ev Muzeyində əməkdar mədəniyyət işçisi Turan Cavidin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti Arif Həşimov, AMEA-nın müxbir üzvü Teymur Kərimli, professor Cəlal Qasımov, xalq şairləri Gülhüseyn Hüseynoğlu, Nəriman Həsənzadə və başqaları iştirak ediblər. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə muzeyin direktoru Aybəniz Babaxanlı açıb. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov isə Hüseyn Cavidin ev muzeyinin yaradılmasını T. Cavidin ən böyük xidməti adlandırıb: “O, böyük bir təsəllisi olan bu muzeyi qurdu, atası və bizim ölməz şairimizlə bağlı materialları bir yerə topladı. Bu qiymətli irsi etibarlı əllərə tapşıraraq dünyadan köçsə də, adı, xatirəsi, izi qaldı”.

Qeyd edək ki, Hüseyn Cavidin ev muzeyinin sabiq direktoru Turan Cavid 2004-cü ildə vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR