Məhəmmədhüseyn Şəhriyarın vəfatının 20-ci ildönümü qeyd olunub

Məhəmmədhüseyn Şəhriyarın vəfatının 20-ci ildönümü qeyd olunub
# 18 sentyabr 2008 15:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqında Məhəmmədhüseyn Şəhriyarın vəfatının 20 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev Şəhriyarın Azərbaycan ədəbiyyatındakı, ana dilli poeziyasındakı xidmətlərindən danışıb.

Əməkdar incsənət xadimi, rejissor Ənvər Əbluc isə şairin həyat və yaradığılığını əks etdirən “Məhəmmədhüseyn Şəhriyar” adlı televiyza filmini hazırladığını bildirib. Tədbirdə təqdimatı keçirilən film “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində istehsal olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR