Azərbaycan aliminin “Ölüm marşı” kitabı Yerusəlimdə böyük tirajla çap olunub

Azərbaycan aliminin “Ölüm marşı” kitabı Yerusəlimdə böyük tirajla çap olunub
# 24 sentyabr 2008 08:34 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycan alimi, professor Rövşən Mustafayevin “Ölüm marşı” kitabı Yerusəlimin “Şahav” nəşriyyat evində ivrit və ingilis dillərində böyük tirajla çap olunub. Kitabda II Dünya müharibəsi illərində yəhudi xalqının soyqırımında ermənilərin də iştirakı barədə dəqiq məlumatlar əks edilib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutundan məlumat verilib. R. Mustafayevin tədqiqatı nəticəsində Amazaspın başçılığı ilə erməni quldur birləşmələrinin 1918-1919-cu illərdə Azərbaycanın Quba bölgəsində dağ yəhudilərinə qarşı törətdiyi qətliam faktları ilk dəfə olaraq ivrit dilində çap edilib. Tarix elmləri doktoru Aleks Pismanın ön sözü ilə çap edilən kitabın rəyçisi İsraildəki “JC” İctimai Rəyin Öyrənilməsi İnstitutunun direktoru Lev Spivakdır. Kitabın İsrail Knessetinin deputatlarına paylanması və Hollandiyanın Yəhudi Tarixi Mərkəzində təqdimatının keçirilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR