Rəhman Əlizadənin “Komediyalar” kitabının təqdimatı keçiriləcək

Rəhman Əlizadənin “Komediyalar” kitabının təqdimatı keçiriləcək
# 25 sentyabr 2008 08:18 (UTC +04:00)
Bakı. Ülkər Qaslmova-APA. Əməkdar incəsənət xadimi, yazıçı - dramaturq Rəhman Əlizadənin “Komediyalar” kitabı işçıq üzü görüb. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə sentyabrın 26-da Teatr Xadimləri İttifaqında kitabın təqdimatı keçiriləcək. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan MKS, uşaq və kütləvi kitabxanaların müasir Azərbaycan yazıçılarının kitabları ilə təmin edilməsi və bu ədəbiyyatın geniş təbliğ olunması məqsədilə keçirilir. Təqdimat mərasimindən sonra yazıçının müəllifi və rejissoru olduğu “Dünyanın Axırı” tamaşası təqdim ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR